BAKI, 8 avqust. TELEQRAF

Məkkə Qarşılıqlı Müdafiə Sazişini imzalayan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın öhdəlikləri NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsinə uyğundur.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" agentliyinə bildirib.

"Texniki olaraq, bu eyni şeydir. Siz təhlükəsizlik paktına daxil olursunuz və bu, müqaviləni imzalayan ölkələrə öhdəliklər qoyur", - deyə o bildirib.