BAKI, 7 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması istiqamətində müəyyən irəliləyiş əldə olunduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.

ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı prosesdə irəliləyişin olduğunu iddia edib. O, bununla bağlı əlavə təfərrüat açıqlamayıb.