BAKI, 3 avqust. TELEQRAF
Rusiyanın Ukraynaya qarşı müharibəsi çoxdan strateji çıxılmaz vəziyyətə düşüb, lakin rəsmi Kreml hələ də məqsədlərinə hərbi yolla çata biləcəyinə inanır.
Teleqraf xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov xarici diplomatik nümayəndəliklərinin rəhbərlərinin görüşündə jurnalistlərə açıqlamasında deyib.
“Ruslar indiyədək məqsədlərinə hərbi yolla çata biləcəklərinə inanırlar. Bu, yalan bir ifadədir və onlar bunu illərdir sübut edirlər. Müharibə onlar üçün mahiyyət etibarilə çıxılmaz bir sonluqdur”, - deyə Budanov qeyd edib.
O əlavə edib ki, cəbhədə irəliləyişlə və irəliləyişsiz döyüşlər gedir: "Lakin strateji baxımdan müharibə uzun müddətdir ki, dalana dirənib".