BAKI, 3 avqust. TELEQRAF

Rusiya klubu "Şoçi" Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi transfer etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında bağlanan sözləşmə 2026/2027-ci il mövsümünün sonunadək nəzərdə tutulub.

Şeydayev yeni komandasında 7 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Ramil Şeydayev son olaraq Azərbaycanda "Qarabağ"ın formasını geyinib.