BAKI, 3 avqust. TELEQRAF

İtaliya, Albaniya modelinə uyğun olaraq, təhlükəsiz üçüncü ölkələrdə yeni miqrantların geri qaytarılması mərkəzləri yaratmaq planını Avropa İttifaqına təqdim edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Xüsusilə, Roma, sığınacaq ərizələri və immiqrasiya sənədləri işlənərkən, təhlükəsiz üçüncü ölkələrdə Aİ ərazisinə qanunsuz gələn əcnəbilər üçün deportasiya mərkəzləri yaratmağı təklif edir.

İlkin siyahıya bir neçə Afrika dövləti və ənənəvi miqrasiya marşrutlarından kənarda olan bəzi ölkələr daxildir. Mümkün namizədlər arasında Qana, Seneqal, Tunis, Liviya, Mavritaniya, Misir, Uqanda, Efiopiya, Özbəkistan, Ermənistan və Monteneqro var.

Təklif daxili işlər naziri Matteo Piantedos tərəfindən 4 avqustda Avropa İttifaqı Daxili İşlər Nazirləri Şurasının fövqəladə iclasında təqdim olunacaq.

Görüş, son bir neçə gündə İspaniya muxtar ərazisinə 70 minə qədər immiqrantın zorla daxil olduğu Seutada baş verən miqrasiya böhranından sonra təşkil olunacaq.

Xarici işlər naziri Antonio Tajani bildirib ki, immiqrasiya ilə bağlı ortaq bir strategiya hazırlanmalıdır: "İtaliya hökuməti Danimarka hökuməti ilə birlikdə immiqrantların geri qaytarılması prosesini aktivləşdirməklə Aİ-də Miqrasiya və Sığınacaq Paktının həyata keçirilməsini təmin etmək üçün bu görüşü tələb edib".

Məqsəd, mənşə və tranzit ölkələri ilə əməkdaşlığa əsaslanaraq, Avropa İttifaqı xaricində qanunsuz immiqrantların idarə olunması və geri qaytarılması ilə məşğul olacaq mərkəzlər şəbəkəsi yaratmaqdır.

İtaliyanın təklifinə əsasən, yeni mərkəzlər Aİ vəsaitləri hesabına maliyyələşdiriləcək.

Euronews xəbər verir ki ,