BƏRDƏ, 3 avqust. TELEQRAF
Bərdə rayonunda ağac və gül kolları məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Buna səbəb "Amerika ağ kəpənəyi" adlanan təhlükəli zərərvericinin geniş əraziyə yayılmasıdır.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, zərərverici təkcə əkin sahələrində deyil, fərdi təsərrüfatlarda və yaşayış məntəqələrində də müşahidə olunur.
Fakt Bərdə Regional Bitki Mühafizə və Fumiqasiya Mərkəzi tərəfindən təsdiqlənib.
Qurumdan bildirilib ki, "Amerika ağ kəpənəyi" rayonun müxtəlif yaşayış məntəqələri və əkin sahələrində qeydə alınıb. Zərərverici əsasən çoxillik ağaclarda, gül kollarında, bəzi ərazilərdə isə əkin sahələrində müşahidə edilir.
Hazırda zərərvericinin yayılmasının qarşısının alınması istiqamətində monitorinqlər aparılır və müvafiq mübarizə tədbirləri görülür.