BAKI, 3 avqust. TELEQRAF

Cənubi Koreyanın Yanqsan şəhərində temperatur rekord həddə - 42,5 dərəcə selsiyə çatıb. Bu, müasir hava qeydlərinin aparılmağa başladığı 1904-cü ildən bəri ən yüksək temperaturdur.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" Koreya Meteorologiya Administrasiyasına istinadla məlumat yayıb.

Cənubi Koreya hakimiyyəti ölkənin 20-dən çox şəhərində təcili xəbərdarlıq edib. Bundan əvvəl rekord 2018-ci ildə Honçxon şəhərində qeydə alınıb, o zaman temperatur 41 dərəcə selsiyə yüksəlib.

Anormal istilər dünyanın digər bölgələrini də təsir dairəsinə alıb. Avropada temperatur qlobal orta göstəricidən iki dəfə sürətlə artır.

Yüksək temperaturlar regiona böyük iqtisadi şok təhlükəsi yaradır. Bundan əlavə, həddindən artıq istilər artıq 13 mindən çox insanın həyatına son qoyub.