BAKI, 31 iyul. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Seutadakı vəziyyətlə əlaqədar olaraq daxili işlər naziri Loran Nunezə İspaniya ilə sərhəddə təyyarə və dronlar yerləşdirməyi tapşırıb.
Teleqraf xəbər verir ki, Makron X-də yazıb: "Daxili işlər nazirinə lazım gələrsə, İspaniya ilə sərhədimizdə nəzarəti gücləndirməyi tapşırdım: dörd mobil qüvvə bölməsi, təyyarə və dron yerləşdirilib".
Fransa lideri xatırladıb ki, Şengen zonasında sərbəst hərəkət Seutaya şamil edilmir. O, həmçinin vəziyyətin gərginləşməsi fonunda İspaniya ilə həmrəyliyini ifadə edib.
30 iyulda minlərlə miqrant Mərakeşdən Seuta keçib. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, şəhərə ümumilikdə 50.000 nəfər gəlib. Seuta hakimiyyəti 60.000 miqrantın gəldiyini bildirib. Seutaya qanunsuz gələn 48.000-dən çox miqrant Mərakeşə qayıdıb. Son məlumatlara görə, şəhərə çatmağa çalışarkən ən azı 57 nəfər ölüb. Bu fonda bir neçə Avropa ölkəsi İspaniyanın Şengen zonasındakı üzvlüyünün dayandırılması məsələsinin nəzərdən keçirilməsinə çağırıb.