BAKI, 31 iyul. TELEQRAF

Şimali Afrika sahillərində yerləşən İspaniyanın Seuta muxtar şəhərinə üzərək keçmək istəyərkən ölən miqrantların sayə 57-yə çatıb.

Teleqraf xəbər verir k, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Bu günlərdə minlərlə miqrant Mərakeşdən Seuta şəhərinə keçib. Şəhər hakimiyyəti təxminən 60 min miqrantın gəldiyini bildirib. İspaniya Daxili İşlər Nazirliyi 50 min miqrantın gəldiyini və təxminən 25.000 miqrantın könüllü olaraq Mərakeşə qayıtdığını bildirib. Son məlumatlara görə, şəhərə çatmağa çalışarkən ən azı 41 nəfər ölüb.