BAKI, 22 iyul. TELEQRAF
Konqoda Ebola epidemiyasından ölənlərin sayı son sutkada daha 32 nəfər artaraq 999-a çatıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yoluxanların ümumi sayı son 24 saat ərzində 52 nəfər artaraq 2 473 olub.
Hazırda Ebola şübhəsi ilə 737 nəfər xəstəxana və təcridxanalarda nəzarətdə saxlanılır.
Qeyd edək ki, Ebola epidemiyası rəsmi olaraq mayın 15-də Konqo Demokratik Respublikasının Uqanda və Cənubi Sudanla həmsərhəd İturi əyalətində elan edilib. Daha sonra xəstəlik ölkənin digər əyalətlərinə və Uqandaya yayılıb.