BAKI, 21 iyul. TELEQRAF
İyulun 17-də Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 40 kilometr aralı, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
***
15:11
Qarabağ kanalının Bərdə rayonu ərazisində batan şəxsin meyiti tapılıb.
Teleqraf xəbər verir ki, 1967-ci il təvəllüdlü Binnətov Rəsul İbiş oğlunun meyiti kanalın Ağcabədi rayonu ərazisindən keçən hissəsində müəyyən olunub.