BAKI, 11 iyul. TELEQRAF
İran və ABŞ nümayəndə heyətlərinin texniki məsələlər üzrə fəaliyyət göstərən qrupları yeni danışıqlar mərhələsinə başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Telekanalın mənbəsinin bildirdiyinə görə, İran və ABŞ-nin texniki qrupları arasında növbəti görüş iyulun 12-də Pakistanda keçiriləcək.
Məlumatda danışıqların gündəliyi və tərəfləri təmsil edəcək nümayəndələrin tərkibi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ və İran arasında yeni danışıqlar mərhələsinin yaxın günlərdə keçirilə biləcəyi barədə müxtəlif media orqanlarında məlumatlar yayılmışdı. Həmçinin Pakistan və Qətərin tərəflərin yenidən danışıqlar masasına qayıtması üçün diplomatik səylər göstərdiyi bildirilirdi.