BAKI, 10 iyul. TELEQRAF

Niderlandın Leusden şəhəri yaxınlığındakı (Utrext əyaləti) "Sovet Şöhrət Sahəsi" memorial kompleksindəki qəbiristanlıqda 150-dən çox sovet əsgərinin məzarı təhqir edilib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə kompleksin rəhbəri Remko Reidinq bildirib.

"Vandalizmdən bu səhər xəbər tutduq. 150-dən çox məzar təhqir edilib. Vandallar məzar daşlarına qırmızı boya ilə qraffiti yazıblar", - Reidinq qeyd edib.

Niderland Müdafiə Nazirliyi hadisəni pisləyib və sovet əsgərlərinin qəbiristanlığının təhqir edilməsini qəbuledilməz adlandırıb.