BAKI, 25 avqust. TELEQRAF

Amerika onilliklər boyu Kanadanı öz çiyinlərində daşıyıb, amma artıq olmayacaq!

Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşımında qeyd edib.

Kanada Baş naziri Mark Karni və Ontario əyalətinin rəhbəri Duqlas Fordu sərt tənqid edərək "kloun" adlandırıb.

"ABŞ həmişə Kanadadan qat-qat böyük, varlı və güclü olacaq. Birləşmiş Ştatlar olmadan Kanada mövcudluğunu qoruya bilməzdi. Çünki onlar bütün gəlirlərini məhz ABŞ-dən əldə edirlər. Lakin mövcud pis rəhbərlik, xüsusilə də qubernator Karni və onun əlaltısı Ford ucbatından onlara Birləşmiş Ştatlardan- sağ qalmalarının əsas təminatçısından istifadə etməyə davam etməyə imkan verilməyəcək", - deyə vurğulayıb.