BAKI, 24 avqust. TELEQRAF
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Eyni zamanda “Heyət Təhrir əş-Şam” qruplaşması da terror təşkilatları siyahısından çıxarılıb.
Bu addımın ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılması vədinə uyğun olaraq atıldığı bildirilir.