BAKI, 25 avqust. TELEQRAF
Böyük Britaniya süni intellekt sistemlərinin öyrədilməsində istifadə olunan Ukraynanın döyüş meydanı məlumatları platformasına çıxış əldə edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 24-də Böyük Britaniyanın Baş naziri Endi Börnhemin Kiyevə səfəri zamanı imzalanan müvafiq razılaşma Ukraynanın “Avengers AI Labs” süni intellekt laboratoriyasının məlumat bazasına çıxışı təmin edəcək.
Nazirliyin məlumatına görə, platformada real döyüş şəraitində əldə edilən və süni intellekt modellərinin öyrədilməsi üçün istifadə olunan məlumatlar toplanıb. Bu məlumatlar Ukraynadakı döyüş bölgəsi boyunca quraşdırılmış minlərlə gündüz müşahidə kamerası və infraqırmızı sensorlar vasitəsilə əldə edilir.
Londonun sözügedən məlumatlardan ilk növbədə hər iki ölkənin müdafiə və milli təhlükəsizliyinin təmin olunması məqsədilə istifadə edəcəyi bildirilib.