BAKI, 25 avqust. TELEQRAF

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hazırda Ermənistanla hərbi əməkdaşlıq etmir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci Departamentinin direktoru Mikael Aqasandyan bildirib.

“Hazırda KTMT ilə Ermənistan arasında hərbi, hərbi-texniki və ya digər sahələrdə heç bir əməkdaşlıq yoxdur”, - Aqasandyan vurğulayıb.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan dünən ölkəsinin KTMT-dən çıxarılacağı təqdirdə çox xoşbəxt olacağını söyləmişdi.

Ermənistan 2024-cü il fevralın 23-dən KTMT-dəki fəaliyyətini dondurub.