BAKI, 25 avqust. TELEQRAF

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə səfərbərliyə hazırlıqla bağlı iddiaları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə o, RTVI-yə deyib.

“Bilirsiniz, bütün bunları Ukrayna hakimiyyəti ortaya atır. Əlbəttə, rejim ölkəmizdə vəziyyəti ideoloji baxımdan sarsıtmağa çalışır. Bunların hamısı informasiya məkanına məqsədli şəkildə atılan dezinformasiyalardır”, -Peskov vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də bundan əvvəl ölkədə mümkün səfərbərlik hazırlandığı barədə məlumatları “düşmənin qeyri-sabitlik yaratmağa yönəlmiş yalançı təxribatı” adlandırmışdı.