BAKI, 24 avqust. TELEQRAF

Haitinin paytaxtı Port-o-Prins yaxınlığındakı Kenskov şəhərində silahlı şəxslər 30 nəfəri öldürüb.

Teleqraf xəbər verir ki, bu barədə Kenskov şəhərinin meri Jan Massillon "Reuters" agentliyinə bildirib.

Onun sözlərinə görə, şəhər son illərdə dəfələrlə cinayətkar dəstələrin hədəfinə çevrilib.

"İnsan hüquqları təşkilatları kütləvi qətllər, zorlamalar, evlərin yandırılması və adam oğurluğu halları barədə məlumat verir, bu vəziyyət minlərlə sakini evlərini tərk etməyə məcbur edib", - deyə qeyd edib.