BAKI, 25 avqust. TELEQRAF
ABŞ və Kanada arasında ticarət danışıqları ABŞ-nin ticarət naziri Hovard Lutnikin israrından sonra dayandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Lutnik danışıqların son mərhələsində müzakirə olunan razılaşmanın Kanada üçün həddindən artıq əlverişli olduğunu bildirib və ABŞ metal istehsalçıları üçün əlavə güzəştlər tələb edib.
Kanadalı rəsmi isə agentliyə açıqlamasında Lutnikin danışıqların dayandırılmasına təsir göstərdiyini, lakin bunun uğursuzluğun əsas səbəbi olmadığını deyib.
Onun sözlərinə görə, danışıqların son günlərində ABŞ-nin qarşıya qoyduğu məqsədlərlə bağlı fundamental fikir ayrılıqları yaranıb və müzakirələrin başa çatmasına əsasən bu səbəb olub.
Bundan əvvəl ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir Ottavanın Vaşinqtonun sərfəli hesab etdiyi ikitərəfli ticarət razılaşmasından imtina etdiyini bildirmişdi.
Avqustun 22-dən ABŞ-nin bəzi Kanada məhsullarına 50 faizlik idxal rüsumları qüvvəyə minib. Kanada Baş naziri Mark Karni isə Vaşinqtonla ticarət danışıqlarının dayandırıldığını təsdiqləyərək, Ottavanın cavab rüsumları tətbiq edəcəyini açıqlayıb.