BAKI, 25 avqust. TELEQRAF

Tramp administrasiyası rəsmi Tehranı iqtisadi cəhətdən təcrid etmək üçün ABŞ ilə işləmək tələbinə dair dünya liderlərinə müraciətlər ünvanlayıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib.

Nazir Donald Trampın hansı ölkə başçıları ilə əlaqə saxladığını açıqlamayıb.

Onun sözlərinə görə, artıq bəzi nəticələr əldə olunub.

S.Bessent İranla iqtisadi əlaqələri kəsməkdən imtina edən ölkələrə qarşı yeni sanksiyaların tətbiq ediləcəyini söyləyib.