BAKI, 24 avqust. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrda Ermənistana səfər edəcək.
Teleqraf "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı razılığa gəlib.
Paşinyan qurultaya seçkilərin uğurla keçirilməsi münasibətilə Tokayevi təbrik edib.
Tərəflər regional nəqliyyat layihələrinin həyata keçirilməsində əməkdaşlıq imkanları barədə müzakirə aparıblar. Liderlər qarşıdakı görüşlər zamanı, xüsusən Tokayevin oktyabrda Ermənistana səfəri ərzində müzakirələri davam etdirmək barədə razılığa gəliblər.