BAKI, 25 avqust. TELEQRAF

Bu axşam keçiriləcək futbol matçı ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah" və "Hapoel" (İsrail, Beer-Şeva) komandaları arasında baş tutacaq UEFA Çempionlar Liqasının pley-off oyunu ilə əlaqədar metropolitenin iş saatı uzadılacaq. Matç penaltilər seriyasına qədər davam edərsə, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Tədbir çərçivəsində "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Eyni zamanda "Nərimanov" və "28 May" stansiyalarında əlavə təhlükəsizlik və tənzimləmə tədbirləri görüləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq və növbətçilik əsasında köməkçi işçi qüvvəsi cəlb ediləcək.

Qeyd olunub ki, gün ərzində qatarların hərəkəti mövcud qrafik üzrə davam edəcək.