BAKI, 25 avqust. TELEQRAF
“SpaceX” şirkətinin rəhbəri İlon Mask dünyada doğum səviyyəsinin azalması fonunda bəşəriyyətin yox olmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
Teleqraf xəbər verir ki, İlon Mask bu barədə “X” sosial şəbəkəsində Sinqapurda demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün görülən yeni tədbirləri şərh edərkən yazıb.
“Bəşəriyyət yox olur”, - Mask qeyd edib.
Bundan əvvəl “Financial Times” Sinqapur hakimiyyətinin rekord səviyyədə aşağı düşən doğum göstəricisini artırmaq məqsədilə ailələrə hər uşaq üçün 55 min dollardan çox maliyyə dəstəyi verməyi planlaşdırdığını yazıb.
Nəşrin məlumatına görə, əhalinin sayının sabit qalması üçün doğum əmsalı 2,1 səviyyəsində olmalıdır. Sinqapurun isə 2026-cı ildə yaşı 65-dən yuxarı olanların əhalinin 21 faizindən çoxunu təşkil etdiyi “superqocalan” cəmiyyətə çevrilə biləcəyi bildirilir.