BAKI, 10 iyul. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Boxer" universal desant gəmisi İranla hərbi qarşıdurmanın ilk həftələrində texniki nasazlıq səbəbindən döyüş əməliyyatlarında iştirak edə bilməyib.
Teleqraf xəbər verir ki, bu barədə "Newsmax" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ İran ətrafında dəniz blokadası tətbiq etdiyi və Xark adasının ələ keçirilməsi variantını nəzərdən keçirdiyi vaxt "USS Boxer" gəmisində mühərrik problemi yaranıb.
Nəticədə, 11-ci Ekspedisiya Dəniz Piyada Dəstəsini daşıyan gəmi Yaxın Şərqə hərəkətini davam etdirə bilməyib və təmir üçün Hind okeanındakı Dieqo-Qarsiya adasında yerləşən birgə Britaniya-ABŞ hərbi bazasında dayanmalı olub.
"Newsmax"a danışan adı açıqlanmayan ABŞ rəsmisinin sözlərinə görə, USS Boxer mühüm bir dövrdə müvəqqəti olaraq fəaliyyət qabiliyyətini itirib.
Mənbələr hesab edir ki, bu vəziyyət Vaşinqtonun İranla bağlı hərbi seçimlərini məhdudlaşdırıb.