BAKI, 9 iyul. TELEQRAF
İran ordusu ABŞ-nin Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına zərbələr endirdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radiosu məlumat yayıb.
Hadisənin təfərrüatları, həmçinin mümkün dağıntılar və itkilərlə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.