BAKI, 9 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni zərbə dalğasını Tehran tərəfindən Hörmüz boğazında gəmilərə edildiyi iddia olunan hücumlara cavab kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, Tramp "Truth Social" platformasında yaydığı paylaşımda bildirib ki, ABŞ-nin yeni hərbi əməliyyatları "İranın dünən gəmilərə endirdiyi zərbələrə cavabdır".

"Bu, İran tərəfindən dünən gəmilərə endirilən zərbələrə cavabdır. Əgər bu yenidən baş verərsə, daha pis olacaq", - deyə ABŞ lideri yazıb.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında nəzarət imkanlarını zəiflətmək məqsədilə ölkəyə qarşı yeni zərbələrə başlanıldığını açıqlamışdı.