BAKI, 9 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı əlavə hərbi zərbələrin endirilməsinə başlandığını açıqlayıb.

Teleqraf xəbər verir ki, komandanlığın yaydığı məlumata görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyə təhdid yaratmaq imkanlarını daha da zəiflətməkdir.

"CENTCOM Ali Baş Komandanın əmri ilə İranın Hörmüz boğazında gəmiçiliyin azadlığına təhlükə yaratmaq imkanlarını azaltmaq məqsədilə əlavə zərbələr endirməyə başlayıb", – deyə rəsmi açıqlamada bildirilir.

"Reuters" agentliyinin məlumatına görə, zərbələr zamanı İranın hava hücumundan müdafiə sistemləri, komanda-idarəetmə məntəqələri, sahil radarları, gəmi əleyhinə raket infrastrukturu və Hörmüz boğazı ətrafında yerləşən hərbi hədəflər vurulub. ABŞ tərəfi əməliyyatın beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinə yönəldiyini bəyan edib.