BAKI, 30 iyun. TELEQRAF

Paraqvay Prezidenti Santyaqo Penya futbol millisinin dünya çempionatında Almaniya üzərində qazandığı qələbədən sonra iyunun 30-nu ölkədə bayram günü elan edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Paraqvay millisi dünya çempionatının 1/16 final mərhələsində Almaniyanı mübarizədən kənarlaşdırıb. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə paraqvaylı futbolçular 4:3 hesabı ilə qalib gəliblər.

"Paraqvay heç vaxt təslim olmur. Bu gün bayram günüdür", - deyə Santyaqo Penya bildirib.

Qələbə sayəsində Paraqvay millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. Komanda növbəti mərhələdə Fransa - İsveç qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.