BAKI, 28 avqust. TELEQRAF

İstanbul şəhərində İran məsələsi ilə bağlı keçirilməsi planlaşdırılan “Avropa üçlüyü”nün (Böyük Britaniya, Almaniya və Fransa) Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulan görüşü təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə DPA Almaniya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Görüşün təxirə salınmasına iştirakçılardan birinin iş qrafikində yaranan uyğunsuzluq səbəb olub. Görüşün yeni tarixi hələ müəyyən edilməyib.

Almaniya, Türkiyə, Fransa və Böyük Britaniya xarici işlər nazirləri avqustun 30-da İstanbulda Səudiyyə Ərəbistanı, Pakistan və Misirdən olan həmkarları ilə görüşməli idilər. Danışıqların təşəbbüskarları Almaniya və Türkiyə olub.