BAKI, 28 avqust. TELEQRAF

Aybek Dədebay Qazaxıstanın yeni parlamentinin (Qurultay) sədri seçilib.

Teleqraf xəbər verir ki, səsvermə zamanı Qurultay üzvləri yekdilliklə onu dəstəkləyiblər.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bundan əvvəl Aybek Dədebayın Qurultay sədrliyinə namizədliyi irəli sürmüşdü.

Təyinatından əvvəl o, hakim “Adilet” partiyasının sədri olub, Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutub.