BAKI, 28 avqust. TELEQRAF

Bu gün saat 15:30-a olan məlumata əsasən, Kəlbəcər rayon mərkəzinə saat 14:42-14:55 radələrində intensiv leysan yağışla bərabər, diametri 10–12 mm olan dolu yağıb.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonun İstisu qəsəbəsi və Alagöllər ərazisinə isə saat 15:02-15:16 radələrində diametri 15–20 mm olan dolu yağıb.