BAKI, 28 avqust. TELEQRAF

Hindistan Baş naziri Narendra Modi 29-30 avqust tarixlərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Daşkəndə dövlət səfəri edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində keçiriləcək görüşlərin gündəliyinə Özbəkistan-Hindistan strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Sistemli siyasi dialoqun və mədəni və humanitar mübadilələrin genişləndirilməsinə, ticarət, enerji, kimya, geologiya, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı, maşınqayırma və iqtisadiyyatın digər sahələrində konkret proqramların və əməkdaşlıq layihələrinin təşviqinə diqqət yetiriləcək.

Beynəlxalq siyasət və regional gündəliyin cari məsələləri, eləcə də çoxtərəfli strukturlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

İkitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.