BAKI, 30 iyun. TELEQRAF
Prezident Donald Tramp ABŞ-nin İranla qarşıdurmada hərbi cəhətdən qalib gəldiyini bildirib.
Teleqraf xəbər verir ki, Trampa görə, Vaşinqtonun əsas məqsədi İranın nüvəsizləşdirilməsi və nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
"Söhbət İranın nüvəsizləşdirilməsindən gedir. Biz onların nüvə silahına sahib olmasını istəmirik və onlar da buna sahib olmayacaqlar. Onlar buna razılaşdılar, ona görə də narahat olmayın", - deyə Tramp bildirib.
Tramp Dohada keçiriləcək danışıqların vacib ola biləcəyini, lakin onların nəticəsinin əvvəlcədən müəyyən edilmədiyini vurğulayıb.
"Dohadakı görüş vacib ola bilər, olmaya da. Görəcəyik", - deyə o qeyd edib.