Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Avropanın hərbi potensialını gücləndirməyə yönəlmiş yeni Aİ mexanizmlərinə çıxış əldə etməyə çalışdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Ərdoğan ölkənin müdafiə və təhlükəsizlik sahəsində Avropa təşəbbüslərində daha fəal iştirakının vacibliyini bildirib.
İstanbulda NATO üzv dövlətlərinin parlament nümayəndə heyətləri qarşısında çıxış edən Ərdoğan bildirib: "Türkiyənin Avropa təhlükəsizliyinə verdiyi töhfə bəzən qiymətləndirilmir".
Ərdoğan həmçinin NATO-nu müttəfiq ölkələri arasında müdafiə məhsulları ticarətinə qoyulan bütün maneələri aradan qaldırmağa çağıraraq müdafiə yükünün daha ədalətli şəkildə bölüşdürülməsinin vacibliyini bildirib.