BAKI, 29 iyun. TELEQRAF
İranın danışıqlar üzrə ekspertlər qrupu dondurulmuş aktivlərinin azad edilməsi imkanlarını müzakirə etmək üçün Qətərin paytaxtı Dohaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin və Danışıqlar Qrupunun nümayəndəsi İsmayıl Bekayi bildirib.
Bekayi yekun razılaşma üçün danışıqlar prosesinin hələ başlamadığını bildirib və qeyd edib ki, danışıqların başlaması üçün anlaşma memorandumunun 1, 4, 5, 10 və 11-ci maddələri tətbiq olunmalı və onların icrası davam etdirilməlidir.