BAKI, 29 iyun. TELEQRAF
İranın dini lideri Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsinin müavini Məhəmməd Əkbərzadə yol qəzasında həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb .
Zabitin avtomobili Kerman əyalətindəki yolda aşıb. Kontr-admiral xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Məhəmməd Əkbərzadə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandir müavini vəzifəsində çalışıb.