BAKI, 29 iyun. TELEQRAF
NATO və Kiyevin ehtiyatsızlığı Rusiya hərbi qüvvələrinə düşmənin silah istehsalı şirkətlərinə qarşı tədbir görməsini şərtləndirir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
NATO və Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün silah sistemləri inkişaf etdirmək planlarını şərh edən Zaxarova bildirib ki, Rusiya ordusu ona qarşı silah hazırlayan istənilən müəssisəni hədəf ala bilər.
“Qeyd edirik ki, Şimali Atlantika bloku tədricən qalan rasionallığını itirir və yüksək risk zonasına daxil olur. Ukrayna yeni hərbi texnologiyalar və döyüş sistemləri üçün sınaq poliqonuna çevrilir. Bu cür "sınaqlar”ın postsovet ölkəsi üçün dağıdıcı nəticələri olacaq. NATO strateqləri isə bunu görməzlikdən gəlirlər. Kiyev rejimi NATO-nu Rusiya ilə birbaşa silahlı münaqişəyə sövq etmək kimi çoxdankı arzusunu gerçəkləşdirmək cəhdlərini artırır və bu, açıq-aydın irrasional fantaziyalar kateqoriyasına aid olan döyüş meydanındakı çıxılmaz vəziyyəti daha da gərginləşdirir. Kiyev rejiminin Rusiyaya qarşı apardığı hərbi əməliyyatlar təcrübəsinə əsaslanan qabaqcıl silah sistemlərinin hazırlanması üçün daha bir tenderin başlanması ilə bağlı NATO struktur bölmələrinin, o cümlədən alyansın Ukraynadakı nümayəndəliyinin rəsmi veb saytlarında dərc olunmuş məlumatlar diqqət çəkir".
Diplomat qeyd edib ki, yeni silahlar ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin maraqlarına xidmət edir. Layihə NATO-Ukrayna Təhlil, Təlim və Təhsil Mərkəzinin iştirakı ilə NATO Komandanlığının Transformasiyası tərəfindən irəli sürülür. Bu mərkəz açıq şəkildə Şimali Atlantika blokunun "komanda strukturunun elementi" kimi təqdim olunur. Bura, xüsusən də ölkəmizin dərinliklərində yerləşən Rusiya aerodromlarını və hava bazalarını kütləvi şəkildə məhv edə və birdəfəlik sıradan çıxara bilən silahların hazırlanması daxildir. Strateji məqsəd hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaqdır. Müvafiq silahlar üzərində davamlı insan nəzarətinin olmamasına icazə verilir və onların istifadə dairəsi faktiki olaraq qeyri-məhduddur".
Zaxarova qeyd edib ki, NATO komandanlıq bölmələrinin və Kiyev rejiminin müvafiq strukturlarının Rusiyaya qarşı istifadə üçün döyüş həllərinin birgə müəyyən edilməsi, hazırlanması və tətbiqi baxımından inteqrasiyası, eyni zamanda Ukraynanın və Alyans ölkələrinin hərbi-sənaye komplekslərinin birləşdirilməsi sürətlənir: "NATO mahiyyət etibarilə, Kiyevi strateji arxa cəbhə ilə təmin edir".