İsrailin müdafiə naziri İsrael Katz yaxın günlərdə İranla müharibənin yenidən başlamasının mümkün olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Katz İsrail jurnalistləri üçün keçirilən brifinqdə bildirib: "Günü sabahdan etibarən İranla müharibə vəziyyətində ola bilərik. Siyasətimizi bir daha təkrarlayıram: əgər İran İsrailə raket atsa, İsrail İrana zərbə endirəcək. Bu, bir neçə gün ərzində baş verə bilər. İsrail Müdafiə Qüvvələri bunu gözləyir və yüksək hazırlıq vəziyyətindədir".

İsrail müdafiə nazirinin sözlərinə görə, İranla yenidən müharibə üçün iki ssenari mövcuddur. Birincisi, Amerika lideri Donald Trampın Tehranla danışıqların tükənəcəyi təqdirdə İrana hücum etmək qərarına gəlməsi, ikincisi isə İsrailə İrana cacav zərbələri endirməsi hücum etməsi. İsrail Prezident Trampa seçdiyi yolda mane olmaq istəmir. Lakin İran hücum edərsə, Üçüncü İran müharibəsi olacaq".