BAKI, 29 iyun. TELEQRAF

Livan İsrail ilə sərhəddə qoşunlarını yerləşdirmək missiyasını yerinə yetirməkdə qərarlıdır.

Teleqraf xəbər verir ki, bunu ölkə Prezidenti Cozef Aun ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperlə görüşdən sonra bildirib.

"Livan ordusu beynəlxalq səviyyədə tanınmış sərhəd boyunca yerləşdiriləcək və İsrail buna mane olmamalıdır. İyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinin tam həyata keçirilməsi vacibdir", - C.Aun qeyd edib.

Bunu Beyrutda A qəbul edən prezident general Cozef Aun bildirib.

CENTCOM rəhbəri Livan ordusu bölmələrinin ölkənin cənubundakı pilot zonalara yerləşdirilməsini asanlaşdıracaq bir qrup hərbi müşahidəçi ilə birlikdə Tel-Əvivdən Beyruta gəlib. Razılaşmalara əsasən, İsrail işğalçı qüvvələri yaxın saatlarda Litani çayının şimalında yerləşən Zavtar əl-Ğarbiya şəhərindən, eləcə də Bint Cbeil sərhəd rayonunda yerləşən Froun və əl-Canduriyadan geri çəkiləcək. Bu ərazilər Livan ordusunun şəxsi heyəti tərəfindən nəzarətə götürüləcək.