BAKI, 16 iyun. TELEQRAF
"Rusiyanın ərazimizə doğru yayılan təxribatlarına qarşı durmaq üçün gücümüzü daha da artırmalıyıq".
Teleqraf xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib.
Onun sözlərinə görə, Avropa illərdir ki, kiberhücumlarla üzləşir: "Bu hücumların intensivliyi görünməmiş səviyyədə artıb: "Dəfələrlə dronların hava məkanını pozması halları baş verib və Rumıniyada partlayıcı maddələr daşıyan Rusiya dronu aşkarlanıb. Bunlar Rusiyanın Aİ vətəndaşlarına, regional sabitliyə və beynəlxalq sülhə təhdididir. Münaqişəni qızışdıran ehtiyatsız hərəkətlərdir. AB-nin Ukraynaya dəstəyi sarsılmazdır. Rusiyanı təkcə qınama kifayət deyil. Onun təxribatlarına qarşı durmaq qabiliyyətimizi daha da gücləndirməliyik. Hibrid təhdidlərlə mübarizə üçün gündəliyimizi irəli sürməliyik".