BAKI, 16 iyun. TELEQRAF

Türkiyə Milli Müdafiə Nazirliyi NATO-nun Daimi Müdafiə Planı çərçivəsində İtaliyanın SAMP-T Hava Hücumundan Müdafiə Sisteminin Konya vilayətindəki 3-cü Əsas Reaktiv Baza Komandanlığında yerləşdiriləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda qeyd olunub.