BAKI, 16 iyun. TELEQRAF

"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyənləşib.

Teleqraf xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında baş tutub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Vestri" (İslandiya) klubu ilə qarşılaşacaq. Azərbaycan klubu ilk oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.