BAKI, 16 iyun. TELEQRAF
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam klubu portuqaliyalı yarımmüdafiəçi Samuel Lobatonu transfer edib.
24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
O, son olaraq Portuqaliyanın “Portimonense” klubunda çıxış edib.