ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı İsrailə Suriya Prezidenti Əhməd əl-Şaraaya Livanın Hizbullah hərəkatının "başını kəsməyi" təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrailin hərbi əməliyyatları çoxlu sayda insan itkisinə səbəb olduğundan Tramp Suriyanın prosesə qoşulmasını təklif edib.

Tramp G7 sammitində Əl-Şaraanı "möhtəşəm işinə" görə tərifləyərək deyib: "Əgər İsrail bu işi (Hizbullahla mübarizə -red) başqalarını öldürmədən edə bilmirsə, o (əl-Şaraa - red) bunu özü edəcək. Suriya bu işi görəcək."

ABŞ prezidenti həmçinin qeyd edib ki, yeni Suriya prezidenti "boyskaut deyil".

"İsrail Hizbullahla çox uzun müddətdir ki, döyüşür və çoxlu insan öldürülür. Mən İsrailə təklif etdim ki, Suriyanın Hizbullaha nəzarət etməsinə icazə versinlər, çünki, açığı, düşünürəm ki, onlar bu işdə daha yaxşı olardılar".

İsrail Baş naziri Binyamin Netanyahu ilə münasibətlərinə gəlincə Tramp bildirib: "Bibinin (Netanyahu - red) Livanda daha məsuliyyətli olması lazımdır. İsrailin Livan və Hizbullaha qarşı davranışından narazıyam. Onlar bu işi daha tez bitirməli idilər".