BAKI, 16 iyun. TELEQRAF
Avropa Parlamenti ötən ilin iyulunda ABŞ Prezidenti Donald Trampla əldə edilən tarif razılaşmasının icrasını təsdiqləyib.
Teleqraf xəbər verir ki, sazişə əsasən, ABŞ Aİ-yə ixrac edilən əksər mallara 15% tarif tətbiq edir, Aİ isə bir sıra ABŞ mallarına, bəzi kənd təsərrüfatı məhsullarına və geniş çeşiddə dəniz məhsullarına idxal rüsumlarını 0%-ə endirib.
Sazişin cümə axşamı Brüsseldə keçiriləcək görüşdə Aİ liderləri tərəfindən rəsmi olaraq təsdiqlənməsi gözlənilir.