BAKI, 16 iyun. TELEQRAF
“Milan”ın yeni baş məşqçisi rəsmiləşib.
Teleqraf xəbər verir ki, İtaliya nəhəngi komandanı Ruben Amorimə tapşırıb.
Klub portuqaliyalı mütəxəssisin təyinatını rəsmi sosial şəbəkə hesabı vasitəsilə açıqlayıb.
Amorim son olaraq “Mançester Yunayted”də çalışıb. O, daha əvvəl Portuqaliyada “Sportinq”in baş məşqçisi kimi uğurlu nəticələri ilə diqqət çəkib.
Qeyd edək ki, Amorim “Milan”da Massimiliano Alleqrini əvəzləyib. Tərəflər arasında müqavilənin 2 illik olduğu, anlaşmada daha 1 illik uzatma bəndinin yer aldığı bildirilir.