BAKI, 17 iyun. TELEQRAF

2026-cı il FIFA Dünya Kubokunda I qrupunun ilk oyununa yekun vurulub.

Teleqraf xəbər verir ki, Fransa millisi ilk turda Seneqal yığması ilə qarşılaşıb. Görüş avropalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Fransanın heyətində Kilian Mbappe dubl edib. Ulduz futbolçu 68 və 90+6-cı dəqiqələrdə fərqlənib. Digər qolu isə 82-ci dəqiqədə Bredli Barkola vurub.

Seneqal millisinin təsəlli qoluna 90+5-ci dəqiqədə İbrahim Mbaye imza atıb.

Bu nəticədən sonra Fransa I qrupunda ilk 3 xalını qazanıb. Seneqal isə mundiala məğlubiyyətlə başlayıb.

01:00

2026-cı il FIFA Dünya Çempionatında I qrupunun ilk matçında Fransa yığması yenidən fərqi 2-yə yüksəldib.

Teleqraf xəbər verir ki, Kilian Mbappe fərqlənib.

Mbappe Fransa yığmasında 58 qol vuraraq Olivye Jirunun rekordunu yeniləyib. Beləliklə, o, Fransa milli komandası tarixində ən çox qol vuran futbolçu olub.

***

00:59

2026-cı il FIFA Dünya Çempionatında I qrupunun ilk matçında Seneqal millisi fərqi minimuma endirib.

Teleqraf xəbər verir ki, qolun müəllifi İbrahim Mbaye olub.

***

00:46

2026-cı il FIFA Dünya Çempionatında I qrupunun ilk matçında Fransa millisi Seneqal üzərindəki üstünlüyü 2 topa çatdırıb.

Teleqraf xəbər verir ki, yığmanın ikinci qolunun müəllifi Bredli Barkalo olub.

Mbappe Fransa yığmasında 57 qol vuraraq Olivye Jirunun rekorduna çatıb. Beləliklə, o, Fransa milli komandası tarixində ən çox qol vuran iki futbolçudan biri olub.

***

00:30

2026-cı il FIFA Dünya Çempionatında I qrupunun ilk matçında Fransa millisi Seneqalı məğlub edir.

Teleqraf xəbər verir ki, 66-cı dəqiqədə Kilian Mbappe fərqlənib.

Mbappe Fransa yığmasında 57 qol vuraraq Olivye Jirunun rekorduna çatıb. Beləliklə, o, Fransa milli komandası tarixində ən çox qol vuran iki oyunçudan biri oldu.

00:09

2026-cı il FIFA Dünya Çempionatında I qrupunun ilk matçında Fransa millisi Seneqalla qarşılaşır.

Teleqraf xəbər verir ki, matçda ikinci hissə start götürüb.

İlk hissədə qapılara qol vurulmayıb.

***

23:55

2026-cı il FIFA Dünya Çempionatında I qrupunun ilk matçında Fransa millisi Seneqalla qarşılaşır.

Teleqraf xəbər verir ki, matçda ilk hissə yekunlaşıb - 0:0.

***

23:00

2026-cı il FIFA Dünya Çempionatında I qrupunun ilk tur oyunlarına start verilib.

Teleqraf xəbər verir ki, qrupun ilk matçında Fransa millisi Seneqalla qarşılaşır.

Qarşılaşma qrup mərhələsinin ilk turu çərçivəsində baş tutur.

Fransa mundiala favoritlərdən biri kimi start verir. Seneqal isə ilk oyunda sürprizə imza atmağa çalışacaq.

Qrupun digər görüşündə isə İraq və Norveç milliləri üz-üzə gələcək.

Qeyd edək ki, I qrupunda Fransa, Seneqal, İraq və Norveç yığmaları mübarizə aparır.