BAKI, 16 iyun. TELEQRAF
ABŞ NATO qarşısında götürdüyü bəzi hərbi öhdəlikləri azaltmaq qərarı verib.
Teleqraf xəbər verir ki, Almaniyanın "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetinin NATO-dakı mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton alyansa aviadaşıyıcı zərbə qrupunu, strateji bombardmançı təyyarələr birləşməsini və 50-dən çox qırıcı təyyarəni təqdim etməkdən imtina edib.
Nəşrin yazdığına görə, ABŞ-nin bu qərarı NATO üzvü olan bir çox ölkələr üçün gözlənilməz olub və müttəfiqlər arasında narahatlıq yaradıb.
Məlumatda qeyd olunur ki, Vaşinqtonun addımı alyans daxilində ABŞ-nin gələcək hərbi iştirakına dair sualları daha da artırıb.
Bundan əvvəl "Bloomberg" agentliyi Avropa ölkələrinin NATO çərçivəsində ABŞ-nin hərbi dəstəyinin azalmasına hazırlaşdığı barədə məlumat yaymışdı.