BAKI, 16 iyun. TELEQRAF

ABŞ və İran arasında əldə olunmuş qarşılıqlı anlaşma memorandumunda Yaxın Şərqdə sülh və sabitliyin qorunmasına dair öhdəlik nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens CNN telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, sənədin ilk bəndi həm İranın, həm də ABŞ-ın regionda sülh və sabitliyin təmin olunmasına sadiqliyini əks etdirir.

“Razılaşmanın ilk bəndində faktiki olaraq qeyd olunur ki, İran da, ABŞ da regional sülh və sabitliyi dəstəkləməyi öhdəsinə götürür”, - deyə Vens bildirib.

ABŞ rəsmisi vurğulayıb ki, bu müddəa İranın Fələstinin HƏMAS hərəkatına, Livandakı "Hizbullah" təşkilatına, eləcə də Yəmənin "Ənsar Allah" (husilər) hərəkatına dəstəyini dayandırmasını nəzərdə tutur.